Xəbər lenti

Dünya 14:00 21.04.2024

"Bild": "İran bir neçə həftə ərzində nüvə silahı yarada bilər"

İran bir neçə həftə ərzində nüvə silahına sahib ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti ekspertlərə istinadən yazıb.

"İran atom silahı istehsal etməyə çox yaxındır. Biz burada bir neçə həftəlik müddətdən danışırıq", deyə Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin (CASSIS) direktoru Ulrix Şli bildirib.

Onun sözlərinə görə, İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücum etmək qərarı Tehranın atom silahı yaratmaq ərəfəsində olduğunu və İsrailin cavabı olacağı təqdirdə ondan istifadə etməyə hazır olduğunu göstərir. Ekspert etiraf edib ki, İran nüvə bombasından hücum üçün deyil, yəhudi dövlətini qorxutmaq üçün istifadə edə bilər.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan iranlı ekspert Sima Şine isə deyib: "Bir həftə ərzində İran atom bombası istehsal etmək üçün kifayət qədər urana sahib ola bilər".

O hesab edir ki, İranın nüvə silahı əldə etməsi ilə bağlı xəbərlər regionda silahlanma yarışına səbəb olacaq.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan etmişdi ki, İran tərəfi əvvəllər bəyan edilmiş nüvə siyasəti istiqamətinə yenidən baxa bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->