XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir müddət əvvəl qızının adına dönərxana açıbmış... (FOTO)
Ölkə10:34 28.06.2025

Bir müddət əvvəl qızının adına dönərxana açıbmış... (FOTO)

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində "VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.
Faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işləyirmiş. O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.
Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Dünyasını dəyişən gəncin fotosunu təqdim edirik.//Qafqazinfo