Xəbər lenti

Bir ölkə, çox millət – birgəyaşayışın Azərbaycan hekayəsi
Ölkə 17:06 03.10.2025

Bir ölkə, çox millət – birgəyaşayışın Azərbaycan hekayəsi

(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb.)

Birgəyaşayış, dini dözümlülük, multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Tolerantlıq isə bu gün digər xalqlar, müxtəlif dövlətlər üçün bir nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək yüksək insani keyfiyyətin göstəricisidir. 

Bu, eyni zamanda ölkənin milli-mənəvi dəyərlərinin başqa ölkələrdə tanıtmağın bir yoludur. Azərbaycan xalqı həmişə qonaqpərvərliyi ilə seçilib, humanist bir mövqe nümayiş etdirib, eyni zamanda bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Prezident İlham Əliyevin fikirlərindən: 

"Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər".

Siyasi şərhçi Əziz Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, birgə yaşayış məsələsi həmişə dövlətlərin daxili problemlərinin ilk yerlərində gəlir:

"Belə bir dizaynı təmin etmək mümkün olsa, milli tolerantlıq üçün çox ciddi model yaratmaq olar. Çünki onun içərisində həm beynəlxalq öhdəliklər yer alır, həm də bütövlükdə inteqrasiya məsələləri kompleks şəkildə öz əksini tapır. Məsələ nədir? Çox geniş baxanda tolerantlıq köklü həyat tərzidir. Azərbaycan modeli olaraq birinci dövlət səviyyəsində Azərbaycan multikulturalizm tətbiq olundu və o fundamental içtimai həyat tərzinə çevrildi, bu cür qəbul olunub, qanuniləşdirildi və konsepsiyaya çevrildi”.
 


Əziz Əlibəylinin fikirincə, Qərb ölkələri, ən inkişaf etmiş hüquq sistemləri ilə müqayisədə Azərbaycanın multikulturalizm siyasəti kifayət qədər dayanıqlıdır:

"Çünki bu bir həyat tərzinə çevrilib. Hər bir toplum, bizim daxilimizdəki kiçik etnik qruplar mədəni xüsusiyyətlərini qoruyub saxlayır və həyat tərzi kimi ifadə edirlər. Və hüququn bir forması kimi mədəni, dinc yanaşı yaşaya bilirlər. Dövlət də bir başa bunu dəstəkləyir. Yeri gəlmişkən, siyasətində institusionallaşma 2005-ci ildə Milli azlıqlar və təşkilatlar üzrə dövlət müşavirliyi yaradıldı, bu, bilavasitə Prezidentin də şəxsən diqqətində idi. Sonra multikulturalizmə giriş Azərbaycan multikulturalizm modeli kimi universitetlərdə dərslər keçirilib, kitablar yazılıb. Biz bu modeli BMT-in Sivilizasiyalar Alyansı Qlobal Forumuna çıxartdıq. Bunlar həm də bu prosesi daxili deyil, imic məsələsi olaraq xaricə çıxatdığımızı gördü”.

Əziz Əlibəyli əlavə edib ki, tarixi təkamül prosesinə əsasən Azərbaycanda çox etnikli və konfessiyalı xarakter formalaşıb:

"Əhalinin böyük əksəriyyəti, təxminən 90%-i islam dininə etiqad edir kimi bir yanaşma var. Amma Azərbaycanın 20-ci ərsdə keçmiş sovet sistemindən bəhrələndiyi nöqtələr var. Məsələn, bizim milli kimliklərin formalaşması dünənə aiddir. Bir neçə məsələ var ki, ona diqqətlə baxmaq lazımdır. Nifrət nitqi və dözümsüzlüklə mübarizə önəmli məsələdir. Azərbaycan burada uğur qazanıb. İfadə azadlığı, etniklərə qarşı ayrıçeçkilik məsələsində də Azərbaycan uğur qazandı və heç bir hesabata düşmədi. Təhsil, birgə yaşamaq kimi məsələlərə də imkan yaradıldı. Eyni zamanda beynəlxalq səviyyədə tolerantlıq və sabitlik kimi məsələlər üzrə beynəlxalq ikitərəfli öhdəliklər var”.

Əziz Əlibəyli bu istiqamətdə bəzi məsələlərə baxmağın zəruriliyini xatırladıb:

"Məsələn, Azərbaycan bu modeli yaratdıqdan sonra qonşu ölkələr, region ölkələri bir çoxları üçün bir nümunə formalaşdırdı. İndi Gürcüstanın belə bir siyasət aparmağa ehtiyacı var ki, tolerantlığı göstərə bilsin. Orada  Böyük Azərbaycan icması yaşayır. Bundan əlavə, digər icmalar da var. Ermənistanla bağlı danışmaq ümumiyyətlə faciədir. Çünki belə bir problemin ucbatından biz 30 il müharbə şəraitində qalmışıq. Bu baxımdan belə bir modelin tətbiq olunması, ətraflı şəkildə nəzərdən keçirilməsinə dünyanın bir çox ölkələrində ehtiyac var”.   

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->