Xəbər lenti

Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Bakıya gəldi
Ölkə 21:15 25.02.2026

Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Bakıya gəldi

2026-cı ildə 26 ukraynalı uşaqdan və dörd müşayiətçidən ibarət ilk qrup psixoloji və sağlamlıq reabilitasiyası keçmək üçün Bakıya gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

"Bunlar Ukrayna Milli Qvardiyasının həlak olmuş, əsir düşmüş və ya hazırda Ukraynanı müdafiə etməyə davam edən əsgərlərinin övladlarıdır. Onlar üçün bu səfər sağlamlıq vəziyyətlərini bərpa etmək, peşəkar tibbi dəstək almaq və əsl Azərbaycan qonaqpərvərliyini hiss etmək fürsətidir" , - deyə səfir yazıb.

Y.Husyev qeyd edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri artıq 498 ukraynalı uşaq Azərbaycanda istirahət və sağlamlıq reabilitasiyası keçib.
"Bu çətin vaxtda ukraynalı uşaqları dəstəkləyən Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına və hər kəsə ürəkdən təşəkkür edirik" , - deyə o bildirib.
--> -->