Xəbər lenti

Dünya 11:39 17.01.2024

Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğradı

Mi-8 hərbi helikopteri Frunze-1 aviabazasında qəzaya uğrayıb".

Qaynarinfo "Kabar” agentliyinə istinadla xəbər  verir ki, bu barədə "Qırğızıstanaeronaviqasiya"nın məlumatında deyilir.

Agentliyin məlumatına görə, helikopter Qırğızıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsusdur. Müdafiə Nazirliyi helikopterin "təlim uçuşları zamanı məcburi sərt eniş etdiyini və xəsarət alanların olduğunu” təsdiqləyib.

Öz növbəsində Vesti.kg xəbər verir ki, ilkin məlumatlara görə, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->