Dünya 20:22 28.06.2022

BMT: Dünya okean fəlakəti ilə üz-üzədir

Dünya okeanlarda fövqəladə vəziyyətlə üzləşir.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının rəhbəri Antonio Quterreş xəbərdarlıq edib

"Biz okeanların qədrini bilmirik",- Quterreş bazar ertəsi Lissabonda keçirilən ilk plenar iclasda siyasətçilərə, ekspertlərə və fəallara iqlim dəyişikliyinin və çirklənmənin dənizlərə necə təsir etdiyini izah edərkən deyib. 

"Mən BMT-nin Okean Konfransının bütün iştirakçılarını bu səhvləri düzəltməyə və okeanı qorumaq üçün öz üzərlərinə düşəni etməyə çağırıram. Biz hərəkətə keçməli və axını döndərməliyik”.

120-dən çox ölkədən insanları bir araya gətirən beş günlük Okean Konfransı Yer səthinin 70 faizini əhatə edən və milyardlarla insanı qida və dolanışıqla təmin edən okeanların sağlamlığının bərpasına həsr olunub.

Okeanlar təxminən 700.000-dən bir milyona qədər növə ev sahibliyi edir və dünyadakı oksigenin yarıdan çoxunu istehsal edir. Bununla belə, onlar qlobal istiləşmə, çirklənmə və turşulaşma da daxil olmaqla iqlim dəyişikliyinin təsirləri ilə üzləşirlər.

Nurlan Hüseynov