Xəbər lenti

Bölgələrdə seçici fəallığı müşahidə olunur (FOTOREPORTAJ)
Foto 14:21 07.02.2024

Bölgələrdə seçici fəallığı müşahidə olunur (FOTOREPORTAJ)

Azərbaycanın bölgələrində seçki məntəqələrində prezident seçkisi ilə əlaqədar səsvermədə seçici fəallığı müşahidə olunur.

"Report” xəbər verir ki, seçicilər səs vermək üçün məntəqələrə axışırlar. Bununla bağlı fotoreportajı təqdim edirik.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->