İdman 23:02 08.06.2022

Borges: "Özümü toplanışa tam hazır hiss edirəm"

"Qarabağ"ın futbolçusu Kadi Borges klubun mətbuat xidmətinə danışıb.
 
Qaynarinfo xəbər verir ki, bu mövsüm 12 qolla Premyer Liqanın bombardiri olan yarımmüdafiəçi bunları söyləyib.
 
"Hazırda yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm. Az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən, istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Daha sonra Dubaya yollandıq və 5 gün orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq".

"Qarabağ" yeni mövsümün hazırlıqlarına iyunun 9-da Bakıda start verəcək. Ölkə çempionu iyunun 20-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.
 
Səbuhi Həsənov