Xəbər lenti

Borrelin fikirlərinin arxasında nə dayanır? (ŞƏRH)
Siyasət 13:16 23.01.2024

Borrelin fikirlərinin arxasında nə dayanır? (ŞƏRH)

"Borrel bu addımı ilə erməni puluna aldananlardan biri olduğunu ortaya qoyur. Azərbaycan həqiqətlərinə, haqlı mövqeyinə qarşı bu qədər qərəzli münasibət sərgiləmək normal adamın işi deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanı qərəzli şəkildə təhdid edən açıqlamasına münasibət bildirərkən deyib.

Elman Məmmədov bildirib ki, belə mövqe sərgiləmək ancaq şərəfini, ləyaqətini, özünün şəxsi maraqları naminə ayaqlar altına atan insanlıqdan uzaq ünsürlərin işidir:


 
"Onlar bununla göstərir ki, beynəlxalq hüquq, haqq və ədaləti bir kənara qoyub, məsələlərə öz maraqları istiqamətindən yanaşırlar. Məqsədləri də Azərbaycanı nəyəsə məcbur, nəyəsə təhrik etməkdir və ölkəmizdən nəyisə qoparmaq, əldə etməkdir. Uzun illər onlar belə hərəkətlərilə heç nəyə nail ola bilməyib. Bu gündən sonra da güclü, ədalətli Azərbaycan qarşısında yenə də əlləri boşda qalacaq. Azərbaycan haqq yolundadır. 

Beynəlxalq hüquqa, öz Konstitusiyasına riayət edərək haqlı yolunda davam edir. Belələri çox olacaq, Borrel kimilərini çox görmüşük, bu gün də var, sabah da olacaqlar. Onlara layiqli cavab vermək üçün bir yolumuz var. Birlik və güclü olmaq. Onlar birlik və gücümüz qarşısında həmişə məğlub olub və yenə də olacaqlar".

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Brüsseldə keçirilən mətbuat konfransı zamanı Azərbaycana qarşı bəzi əsassız iddialar səsləndiurib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq, onun iddialarını təkzib edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->