Xəbər lenti

Borrell:
Dünya 19:50 18.02.2024

Borrell: "Aİ müdafiəsini gücləndirmədən geosiyasi oyunçu ola bilməyəcək"

Avropa İttifaqı özünün müdafiə qabiliyyətini gücləndirməlidir, çünki bu cür səylər olmadan Avropa mühüm geosiyasi oyunçu rolunu yerinə yetirə bilməyəcək.

Qaynarinfo xəbər verir ki, bunu bu gün Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Aİ-nin ali nümayəndəsi Cozep Borrell deyib.

"Biz müdafiə qabiliyyətimizi gücləndirməliyik. Bu o demək deyil ki, biz hansısa Avropa ordusu yaratmalıyıq. Bilirsiniz ki, Aİ-nin öz silahlı qüvvələri yoxdur. Lakin biz öz orduları olan üzv ölkələr arasında daha böyük koordinasiyaya nail olmalıyıq, onların qarşılıqlı fəaliyyət qabiliyyətini artırmalıyıq ki, bu da bizə çağırışlara və dünyada vəziyyətin inkişafına tez reaksiya vermək imkanı verəcək", deyə Borrell bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->