Xəbər lenti

Borrell:
Dünya 15:21 18.02.2024

Borrell: "Aİ Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır"

Avropa İttifaqı üç əsas istiqamətdə hərəkət etməlidir: Rusiya Federasiyası NATO ilə uzunmüddətli qarşıdurmaya hazırlaşdığı bir vaxtda Ukraynanı iqtisadi cəhətdən daha yaxşı və daha sürətli dəstəkləmək, Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini müəyyənləşdirmək və müdafiə qabiliyyətini gücləndirmək.

Qaynarinfo xəbər verir ki, bunu bazar günü Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Aİ-nin ali nümayəndəsi Cozep Borrell deyib.

"Biz Ukraynaya iqtisadi və hərbi yardımı davam etdirməli, onu daha çox və daha sürətlə göstərməliyik. Biz Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərimizi müəyyənləşdirməli və gələcəyə baxmalıyıq, çünki Ukraynanın üzvlüyündən sonra Avropa fərqli olacaq. Biz NATO ölkələri ilə uzunmüddətli qarşıdurmaya hazırlaşan Rusiya ilə münasibətlərdə uzunmüddətli gərginliyə hazırlaşmalıyıq", deyə Borrel qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->