Xəbər lenti

Borrell Avropa Parlamenti seçkilərində sağçıların qələbəsindən qorxur
Dünya 20:22 24.12.2023

Borrell Avropa Parlamenti seçkilərində sağçıların qələbəsindən qorxur

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell naməlum və hərbi münaqişələrdən qorxaraq seçicilərin qarşıdan gələn Avropa Parlamenti seçkilərində sağçı populist partiyaları dəstəkləyə biləcəyindən narahatlığını ifadə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"yazır.

Onun sözlərinə görə, Avropa Parlamentinə iyunda keçiriləcək seçkilər ABŞ-da keçiriləcək prezident seçkiləri qədər taleyüklü ola bilər.

"Mən qorxuram ki, avropalılar qorxduqları üçün səs verəcəklər. Naməlum və qeyri-müəyyənlik qarşısında qorxunun təhlükəsizlik reaksiyası tələb edən bir hormon istehsal etdiyi elmi şəkildə sübut edilib. Bu bir faktdır", deyə Borrell bildirib.

Əvvəllər Borrell Avropa İttifaqını dövlətlərin və xalqların cəlb olunduğu maqnitlə müqayisə edirdi: 

"Avropa İttifaqının genişlənməsi bizim gündəmimizdədir, çünki Aİ dövlətləri və xalqları özünə cəlb edən bir növ maqnitdir. Bunun avropalılar üçün yaxşı olub-olmadığını mübahisə edə bilərik, amma bu, faktdır: hamı Avropa İttifaqına üzv olmaq istəyir..."

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->