Xəbər lenti

Dünya 22:20 31.03.2024

Britaniya ordusunun pulemyotları və reaktiv yaylım atəşi sistemləri yoxa çıxıb

2018-ci ildən bəri Britaniya Ordusu ən azı 30 silah və texnika itirib. Onlar Britaniya hərbi bazalarından oğurlanıb və ya itib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bir neçə pulemyot, o cümlədən iki ümumi təyinatlı pulemyot (GPMG) yox olub. Britaniya ordusu həmçinin SA-80 avtomatları, reaktiv yaylım atəşi sistemləri və minlərlə patronu itirib. GPMG 1800 metrə qədər məsafədə dəqiqədə 750 mərmi atmağa qadirdir. "The Telegraph" qeyd edir ki, pulemyotlardan biri Britaniya Kral Hərbi Dəniz Qüvvələri tərəfindən dənizdə itirilib.

Bundan əlavə, Britaniya qoşunları Sovet istehsalı olan AK-47 avtomatını, bir neçə "Glock" tapançasını, Birinci və İkinci Dünya Müharibələrindəki atıcı silahlarını itiriblər.

Jurnalistlər həmçinin yazırlar ki, 2018-2023-cü illər arasında Böyük Britaniya Müdafiə Nazirliyinə məxsus ən azı 1,4 min noutbuk, 100-ə yaxın kompüter və 300-ə qədər USB itib. Ötən ilin avqustunda 51 noutbuk yoxa çıxıb, 2023-cü ilin ilk üç ayında 50 noutbuk yox olub.

Britaniya parlamenti itən düşən noutbuklar, mobil telefonlar və ya sərt disklərdə məxfi məlumatların olub-olmaması ilə bağlı araşdırma aparılmasına çağırıb. Britaniya Müdafiə Nazirliyinin sözçüsü "The Telegraph"a bildirib ki, departament itki və oğurluğun qarşısını almaq üçün səy göstərir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->