Xəbər lenti

Britaniyada arıqlama dərmanları ilə bağlı 100-dən çox ölüm qeydə alınıb
Dünya 17:45 06.08.2026

Britaniyada arıqlama dərmanları ilə bağlı 100-dən çox ölüm qeydə alınıb

Böyük Britaniyada populyar arıqlama preparatlarının istifadəsi ilə əlaqələndirilən 100-dən çox ölüm halı qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, arıqlama preparatlarından istifadə edən təxminən 150 min pasiyent müxtəlif yan təsirlərlə bağlı şikayət edib.

Bununla belə, qeyd olunur ki, qeydə alınmış ölüm halları mütləq şəkildə həmin preparatların birbaşa təsiri ilə bağlı deyil. Ölüm hallarına yanaşı gedən və ya əvvəllər diaqnoz qoyulmamış xəstəliklərin də səbəb ola biləcəyi bildirilir.

Ən çox şikayət "Mounjaro" preparatının tərkibində olan tirzepatid maddəsi ilə bağlı olub. Bu preparat üzrə 100 mindən çox bildiriş daxil olub, onların təxminən 10 mini ciddi yan təsir kimi qiymətləndirilib. Ümumilikdə 98 ölüm halının bu preparatla əlaqəli ola biləcəyi qeyd edilir.

Bundan başqa, "Wegovy" preparatının tərkibində olan semaqlutid üzrə 44 min şikayət qeydə alınıb və təxminən 37 ölüm halı bu preparatla əlaqələndirilir.

"Liraglutid" maddəsini ehtiva edən "Saxenda" preparatı ilə bağlı isə təxminən 3 min şikayət daxil olub. Bu preparatın 18 ehtimal olunan ölüm halı ilə əlaqəli olduğu bildirilir.

Məlumata görə, preparat istehsalçıları olan "Eli Lilly" və "Novo Nordisk" şirkətləri pasiyentlərin təhlükəsizliyinin onlar üçün prioritet olduğunu vurğulayıb və hər hansı yan təsirin müşahidə edilməsi halında bunun mütləq tibb işçilərinə bildirilməsini tövsiyə ediblər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->