Xəbər lenti

Azərbaycanlı aktrisa Türkiyədə gündəm oldu -
Maqazin 16:35 26.07.2026

Azərbaycanlı aktrisa Türkiyədə gündəm oldu - "Daha 17"nin divası

Türkiyənin "Kanal D" telelanalının diqqətçəkən serialı "Daha 17"də Şebnem Akkaya obrazına həyat verən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə performansı ilə tamaşaçıların ən çox danışdığı simalardan birinə çevrilib.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, serialdakı davranışları, özünəməxsus danışıq tərzi və diqqətçəkən geyim seçimləri ilə seçilən Şebnem qısa müddətdə sosial medianın da gündəminə düşüb. Şebnem iki övladına qarşı sərgilədiyi avtoritar münasibəti ilə diqqət çəkir.
 

 
Keçmişdə etdiyi səhvləri ört-basdır etməyə çalışması obrazın bəzən amansız qərarlar qəbul etməsinə səbəb olur. Tamaşaçılar onun sərt və məsafəli tərəfini yaxından izləyirlər.

Serialdakı güclü duruşu, iddialı üslubu və özünəməxsus danışıq forması ilə Şebnem sosial mediada haqqında ən çox danışılan obrazlardan birinə çevrilib.
 


Üslubu və replikaları gündəm oldu

Xüsusilə serialda səsləndirdiyi replikalar qısa zamanda sosial mediada istifadə olunmağa başlayıb. Obrazla bağlı paylaşımlarda "diva" ifadəsi tez-tez ön plana çıxır.

"Daha 17"nin hər bölümündə gündəmə gələn Şebnem obrazı həm tənqid olunur, həm də maraqla izlənilir. Nəsrin Cavadzadə isə güclü aktyor oyunu ilə diqqət çəkən simalardan biri olmağa davam edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->