Xəbər lenti

Bu iki şəxs Putini Ukraynaya müxadiləyə inandırıb -
Dünya 12:16 04.11.2022

Bu iki şəxs Putini Ukraynaya müxadiləyə inandırıb - "The Times"dan iddia

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və FSB direktoru Aleksandr Bortnikov prezident Vladimir Putini Ukraynaya hərbi müdaxilənin zəruriliyinə inandırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazıb.

Rusiya hökumətindəki mənbələrin bildirdiyinə görə, oktyabrda 70 yaşı tamam olan Putinin yaşını nəzərə alaraq əsas "güc” qurumları rəhbərləri "Qərb təcavüzü” məsələsini nəhayət həll etmək üçün vaxtlarının tükəndiyi fikrinə gəliblər. Bunun üçün onların fikrincə, "Ukrayna problemini birdəfəlik həll etmək” lazım idi.

Rusiya hökumətindəki Sergey Rıjiy təxəllüslü mənbə bildirib ki, 2021-ci ilin yayın ortalarına qədər Putinin yaxın çevrəsində "həlledici hərbi zərbə”nin vurulması zərurəti ilə bağlı "kritik fikir kütləsi” formalaşıb. Eyni zamanda, o vaxt "zərbənin" formatı müəyyən edilməmişdi. Bununla belə, Patruşev və Bortnikov keçən yayın sonunda işğalla bağlı fundamental qərar qəbul ediblər. Bundan sonra onlar qüvvələri zərbəyə hazırlamalı və Putini "əməliyyata” başlamağa inandırmalı idilər.

"The Times” müdafiə naziri Sergey Şoyqunu yüksək rütbəli təhlükəsizlik rəsmiləri arasında "tərəddüdlü ifaçı” adlandırır və müharibə üçün siyasi təşəbbüsün təhlükəsizlik blokundan gəldiyini vurğulayır. Eyni zamanda, Rusiya elitasının əksəriyyəti müharibəyə başlamaq planları barədə məlumatlı olmayıb və əvvəlki hadisələri Putinin blef kimi qəbul edib.

Nəşrin həmsöhbətlərindən biri, Putin ailəsinin çoxdankı dostunun iddiasına görə, prezidentin mətbuat katibi Dmitri Peskov müharibə başlayandan qısa müddət sonra ona deyib ki, Təhlükəsizlik Şurasının əksər üzvləri işğala hazırlıq barədə yalnız fevralın 21-də baş tutumuş iclasda xəbər tutublar.

Qəzetin başqa bir mənbəsi milyarder Mixail Fridmanın müharibə başlamazdan bir neçə gün əvvəl ona "məxfi xidmətlərdəki ən yüksək rütbəli dostlara” istinad edərək, işğal təhlükəsinin olmadığını söyləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->