XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sonaxanım Əliyevanın adından dələduzluq
Ölkə10:22 11.09.2026

Sonaxanım Əliyevanın adından dələduzluq

Aktrisa Sonaxanım Əliyevanın adından dələduzluq edilib.

Qaynarinfo xəbər verir ki, aktrisa sosial şəbəkə vasitəsilə dələduzların onun adından yaxınlarına yazaraq pul istədiyini bildirib.

“Nömrə mənim deyil, foto isə mənimdir. Vatsapda yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm. Polisə məsələ ilə bağlı müraciət etmişəm” deyə, S.Əliyeva bildirib.