Xəbər lenti

Bu il verilən mühafizə orderlərinin sayı açıqlandı
Ölkə 14:03 16.07.2026

Bu il verilən mühafizə orderlərinin sayı açıqlandı

Cari ilin ilk 6 ayında 192 şəxs mühafizə orderi alıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mühafizə orderinin 183-ü qısamüddətli, 9-u uzunmüddətli olub.

"Həmçinin mühafizə orderlərinin 163-ü qadına, 29-u kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 248 mühafizə orderinin icraatına xitam verilib", - məlumatda vurğulanıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->