"600 baldan yuxarı ixtisaslara keçid balı təxminən 10 bal aşağı düşə bilər".
Qaynarinfo DOST TV-yə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, keçən il 600 baldan yuxarı keçid balı olan ixtisaslarla bu il 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı müqayisə edildikdə, həmin intervalda keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir.
“Məsələn, keçən il hər hansı ixtisas üzrə keçid balı 632 olubsa, bu il həmin ixtisası seçə bilməyəcəyinizi düşünməyin. Əksinə, həmin ixtisası seçə biləcəksiniz. Çünki keçən illə müqayisədə həmin ixtisas üzrə keçid balının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir. Bu, keçən il 600 baldan yuxarı olan keçid ballarına aiddir və birinci ixtisas qrupunun RK alt qrupu üzrə keçərlidir.
RK alt qrupunda 500 baldan yuxarı keçid ballarının isə təxminən əvvəlki səviyyədə qalacağı gözlənilir. Bu il RK alt qrupunda 500-600 bal arasında nəticə göstərmisinizsə, böyük ehtimalla, keçənilki keçid ballarını əsas götürə və həmin ixtisasları seçə bilərsiniz”.
Şərhlər