Xəbər lenti

Ekonomiks 19:00 26.09.2023

"Bu məbləğlə uşaqların  problemini həll etmək çətindir” - Ekspert

"Bu rəqəm uşaqların yaşayışını təmin etmək üçün yetərli deyil. Amma pensiyaçılar və digər uşaqlara verilən müavinətlərlə müqayisədə az deyil. Azərbaycanda ailələrə uşaq pulunun verilməməsini də nəzərı alsaq, övladlığa götürülmüş uşaqlara verilən müavinət normaldır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli övladlığa götürülmüş uşaqların dəstəklənməsi üçün verilən sosial yardım məbləğlərindən danışarkən deyib. 

Ekspert övladlığa götürülən uşaqlara verilən müavinətin yarısı qədər digər uşaqlara da uşaq pulu verilməsini arzu edir:



"Övladlığa uşaq götürməyə görə verilən sosial yardım dünya standartlarını nəzərə alanda çox aşağı rəqəmlərdir. Bu gün bir uşağın 355-395 manata aylıq xərcini qarşılamaq Azərbaycanda ən çətin problemlərdən sayılır. Amma bu rəqəmlərə müqayisəli baxmalıyıq. Məsələn, hökumət minimum əmək pensiyasını 280 manat müəyyənləşdirib. Orta pensiya məbləği təxminən 350-360 manatdır. Bu gün elə ailələr var ki, 2-3 min manat da pensiya alır. Amma biz ən aşağı əmək pensiyası alan əhalinin 50%-dən çoxunun orta pensiyasını hesablasaq, bu təxminən 350 manat edir".

"Bu gün əmək qabiliyyətini tamamilə Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə töhvə verməyə sərf etmiş əhalinin pensiyası 280-350 manat arasındadır. Bu səbəbdən övladlığa götürülmüş uşaqların dəstəklənəsi üçün normal məbləğdir", deyə ekspert əlavə edib. 

Qeyd edək ki, övladlığa götürülmüş uşaqların dəstəklənəsi üçün verilən sosial yardım məbləğləri açıqlanıb. Bu katiqoriyadan olan 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat verilir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->