Xəbər lenti

Dünya 15:47 20.03.2024

Bu ölkənin prezidenti istefa verdi (SƏBƏB)

Vyetnam prezidenti Vo Van Txuonq istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vyetnamın səsi" radiostansiyası məlumat yayıb.

"Ölkədə əsas hökumət qərarlarını qəbul edən Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi şəxsi səbəblərə postunu tərk etmək istəyən Vo Van Txuonqun istefasını təsdiqləyib", deyə məlumatda qeyd edilir.

Medianın məlumatına görə, istefaya səbəb prezidentin Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması göstərilir. İstefa ərizəsini qəbul edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Vo Van Txuonqu partiyanın siyasi bürosu və Mərkəzi Komitənin daimi üzvlüyündən də azad edib

İndi partiyanın qərarını Vyetnamın birmandatlı parlamenti də təsdiqləməlidir.

Qeyd edək ki, Vo Van Txuonq təxminən bir il əvvəl Vyetnamın prezidenti seçilib və ölkənin yaxın tarixində ən qısa müddətdə hakimiyyətdə qalan prezident olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->