Xəbər lenti

Bu səhvlər infarkt riskini artırır - İsti havada ürəyi qorumaq üçün 7 vacib tədbir
Sağlamlıq 15:58 19.08.2025

Bu səhvlər infarkt riskini artırır - İsti havada ürəyi qorumaq üçün 7 vacib tədbir

Yüksək temperatur və rütubət ürək sağlamlığı üçün ciddi təhlükə yaradır. Tərləmə ilə bədənin susuz qalması, təzyiqin dəyişməsi və edilən bəzi səhvlər infarkt riskini artırır. 

Qaynarinfo-nun məlumatına görə, kardio­loq mütəxəssis Doğaç Çağlar Gürbüz bildirir ki, 20 dərəcənin üzərində hər əlavə 1 dərəcə istilik, infarkt riskini 2 faiz artırır. Onun sözlərinə görə, sadə, amma təsirli tədbirlər ürəyi qorumağa kömək edə bilər.

Yandırıcı isti havalarda infarkt riskini azaltmaq üçün 7 vacib qayda:

1. Gündə 2,5 litr su için – Yayda kifayət qədər maye qəbul edilmədikdə qan qatılaşır, laxtalanma riski artır və ürək daha çox yüklənir. Kofeinli və spirtli içkilərdən uzaq durun, çünki onlar bədəni daha da susuzlaşdırır.

2. Günəşin ən isti saatlarında kölgədə qalın – Xüsusən 65 yaşdan yuxarı şəxslər, xroniki xəstələr, hamilələr və uşaqlar diqqətli olmalıdır. Açıq rəngli, pambıq parçalı geyimlər seçilməlidir.

3. Ağır fiziki fəaliyyətdən çəkinin – İsti havada güclü idman, sürətli yerimə və ağır hərəkətlər ürəyi daha da yükləyir. İdmanı səhər tezdən və ya axşam sərinliyində etmək daha təhlükəsizdir.

4. Sağlam qidalanın – Çox duzlu, yağlı, qızardılmış və hazır yeməklərdən uzaq durun. Yaz tərəvəzləri və meyvələri ilə yüngül qidalanmaya üstünlük verin. Enerji içkiləri və yüksək kofeinli məhsullar ürək ritmini poza bilər.

5. Dərmanlarınızı düzgün saxlayın – Təzyiq və ürək dərmanlarının təsiri isti havada dəyişə bilər. Dərmanlar sərin yerdə saxlanmalı, maşında və günəş altında qoyulmamalıdır. Müntəzəm həkim nəzarəti vacibdir.

6. Stresi idarə etməyi öyrənin – İstilik və yuxu pozğunluğu stressi artıraraq ürəyə əlavə yük salır. Yuxu üçün sakit, qaranlıq və sərin otaq seçilməli, istirahətə diqqət edilməlidir.

7. Siqaretdən uzaq durun – Siqaret və digər tütün məhsulları damarları daraldır, ürək ritmini pozur və infarkt riskini yüksəldir.

Mütəxəssislər xəbərdarlıq edir ki, isti havalarda əsas qayda bədəni susuz qoymamaq, günəşdən qorunmaq və ürəyə əlavə yük salan davranışlardan çəkinməkdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->