Bu yolda 6 aydır təmir gedir: "Keçilməz sədd"ə çevirilib (VİDEO)
Binəqədi rayonunda yerləşən və beş qəsəbəni birləşdirən əsas şossedə aylardır nəqliyyat sıxlığı müşahidə olunur.
Söhbət Binəqədi şossesindən üzü Azadlıq prospektinə gedən yoldan gedir. Artıq 6 aydan çoxdur ki, burada aparılan tikinti işləri səbəbindən tıxaclar gündəlik hal alıb.
Sakinlər və bu yoldan istifadə edənlər tikintinin ləng aparılmasından narazıdır. Onlar bildirirlər ki, səhər və axşam saatlarında yolda hərəkət tam iflic olur.
Tıxaca səbəb olan bu tikinti nə zamana qədər davam edəcək?
Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər