Siyasi iclaslardan birində Cənubi Koreyanın səhiyyə sistemi müzakirə olunarkən prezident Li Çje Men əvvəlcə yaş artdıqca tibbi xidmət xərclərinin yüksəldiyini qeyd edib. Ardınca isə gözlənilməz sual səsləndirib: "Saç tökülməsi də xəstəlik sayılır, elə deyilmi?"
Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, prezidentin fikrincə, saçlar gənclər üçün "yaşamaq məsələsi"dir və bu, dövlət səviyyəsində reaksiya tələb edir. Hazırda Səhiyyə Nazirliyi saç tökülməsinin müalicəsinin tibbi sığorta ilə ödənilən xidmətlər sırasına daxil edilə bilib-bilməyəcəyini və sığortanın bu xərcləri qarşılamalı olub-olmadığını araşdırır.
Bu məsələ ucuz başa gəlmir. "Wall Street Journal” qəzetinin son reportajında Kim San Çjin adlı Cənubi Koreya sakini barədə danışılır. 33 yaşlı kişi saç tökülməsinə qarşı şampunlar və xüsusi vasitələrdən istifadə edir, həmçinin klinikada müalicə alıb. O, buna ayda təxminən 100 dollar xərcləyir.
"Əgər sığorta bunu ödəsəydi, çox yaxşı olardı, çünki xərclər kifayət qədər yüksəkdir", qəzet onun sözlərini sitat gətirir.
Lakin Həkimlər Palatası dövlət vəsaitlərinin daha ciddi xəstəliklərin müalicəsinə yönəldilməsini tələb edir. "Spiegel”in məlumatına görə, tibbi sığorta sistemi bu yaxınlarda 6,5 milyard avro həcmində kəsir qeydə alıb. Müzakirələr davam edir.
Prezident Li 2022-ci il seçki kampaniyası zamanı saç tökülməsinin müalicə xərclərinin qarşılanacağını vəd etmişdi. Lakin bu vəd ona həmin vaxt kömək etməmişdi: O, seçkilərdə uduzmuş və yalnız ikinci cəhddə - 2025-ci ilin iyununda prezident postuna seçilmişdi.
Aydın
Şərhlər