"Çelsi"nin futbolçuları Klublararası Dünya Kubokunu qazandıqları üçün bütün bonuslarını Dioqo Jotanın ailəsinə bağışlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Athletic” məlumat yayıb.
Futbolçunun həyat yoldaşı və uşaqları London klubunun futbolçularından 15,5 milyon dollar dəstək alıb. Turnirin finalında "Çelsi" Fransanın PSJ-sini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Jota iyulun 3-də İspaniyanın qərbindəki Zamora əyalətində qəzayua düşüb. Maşında 28 yaşlı Jota və Portuqaliya "Penafiel”ində çıxış edən qardaşı Andre olub. Onların hər ikisi hadisə yerində ölüblər. İyulun 8-də məlum olub ki, hadisəyə sürət həddinin aşılması və sükanda yaranan problemlər səbəb olub. Jota qəzadan bir neçə gün əvvəl evlənmişdi.
Ötən mövsüm Jota "Liverpul"un heyətində İngiltərə Premyer Liqasını qazanıb. O, çempionatda 26 oyun keçirib, 6 qol vurub. Çempionlar Liqasında Jota ötən mövsüm 4 oyun keçirib, qol vurmayıb. Ümumilikdə 2020-ci ildən "Liverpul”da çıxış edən futbolçu komandanın heyətində 182 oyun keçirib və bu oyunda 65 qola imza atıb.
2025-ci ildə Jota Portuqaliya millisinin tərkibində Millətlər Liqasının qalibi olub. O, 2019-cu ildə də komanda ilə bu turnirin qalibi adını qazanmışdı.
Aydın
Şərhlər