Xəbər lenti

İdman 00:24 06.11.2025

"Çelsi"nin baş məşqçisi: "Bizim üçün ağır gecə idi"

"Çelsi" üçün "Qarabağ"la oyun çətin keçib.

"Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->