Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:55 21.11.2025

Çempionlar Liqası: "Qarabağ" Kadinin əvəzinə başqa futbolçu sifariş etdi

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.

"Report"un əldə etdiyi məlumata görə, Joni Montiel siyahıya əlavə olunub.

27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->