Xəbər lenti

Əlikram Bayramov:
phrase_var_qaynar. 14:21 20.07.2026

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib.

Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:

"Dünya çempionatında elə bir oyun olmadı ki, sonadək izləməyim. Bütün qarşılaşmaları diqqətlə izlədim. Turnirin əvvəlindən İngiltərəyə azarkeşlik edirdim. Komanda uduzanda çox əsəbiləşdim, iki-üç gün özümə gələ bilmədim. Təsəllini onların üçüncü yeri tutmasında tapdım. Hesab edirəm ki, Argentina ilə oyunda hakimin bəzi qərarları İngiltərənin məğlubiyyətinə təsir göstərdi. Məncə, komandanın dünya çempionu olmaq şansı var idi. Amma bəzi səhvlər də etdilər. Bununla belə, İspaniya millisini çempionluq münasibətilə təbrik edir, gələcək oyunlarında uğurlar arzulayıram".

Əlikram Bayramov bildirib ki, dünya çempionatının oyunlarını canlı izləmək üçün Azərbaycandan xeyli azarkeş xaricə yollansa da, onun belə imkanı olmayıb:

"Mən gedə bilmədim. Dörd il tez keçəcək. Ümid edirəm ki, növbəti dünya çempionatında İngiltərə çempion olacaq".

Qeyd edək ki, Əlikram Bayramov bundan əvvəl də televiziya müsahibələrinin birində İngiltərə millisinin dünya çempionu olacağını proqnozlaşdırmışdı.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->