Xəbər lenti

Ceyhun Bayramov: Yaxın Şərqdə münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir
Siyasət 09:49 19.03.2026

Ceyhun Bayramov: Yaxın Şərqdə münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərqdə münaqişə coğrafiyasının genişlənməsini təhlükəli adlandırıb.

Qaynarinfo Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

"Münaqişə coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Region dövlətlərinə hücumların davam etməsi parçalanmanın dərinləşməsi və uzunmüddətli sabitliyin pozulması təhlükəsi yaradır", - o qeyd edib.

Nazirin sözlərinə görə, baş verənlərin nəticələri ayrı-ayrı ölkələrin hüdudlarını aşaraq, o cümlədən mülki əhali və infrastruktur üçün daha geniş regional, eləcə də qlobal təhdidlər yaradır. O, həmçinin mövcud böhrana təcili reaksiya verilməsinin zəruriliyinə diqqət çəkib.
--> -->