Xəbər lenti

Ceyms Bond filmindəki məşhur villa satışa çıxarıldı: Qiyməti nə qədərdir? (FOTO)
Foto 21:33 04.08.2026

Ceyms Bond filmindəki məşhur villa satışa çıxarıldı: Qiyməti nə qədərdir? (FOTO)

İtaliyanın ən məşhur kino məkanlarından biri olan və Ceyms Bond haqqında "Kazino Royal" filminin final səhnələrinin çəkildiyi "Villa La Gaeta"nın bir hissəsi satışa çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Time Out" nəşri məlumat yayıb.

Söhbət tarixi villanın tamamilə deyil, Komo gölünün sahilində yerləşən məşhur Villa La Gaetadakı mənzillərdən birindən gedir.

Məhz bu binanın qarşısında aktyor Deniel Kreyqin canlandırdığı agent 007 filmin sonunda mister Uaytı izləyərək əsir götürür.

2023-cü ildə bərpa edilmiş mənzil "Sotheby's" daşınmaz əmlak agentliyi vasitəsilə satışa təqdim olunub. Mənzil villanın birinci mərtəbəsində yerləşir və iki səviyyədən ibarətdir.

Mənzilə aşağıdakılar daxildir:

* terasa çıxışı olan qonaq otağı;
* mətbəx;
* yataq otağı;
* hamam otağı;
* aşağı mərtəbədə ayrıca hamam otağı olan ikinci yataq otağı;
* əlavə otaq;
* şəxsi marinaya çıxış.

Yeni sahib, həmçinin iki avtomobil dayanacağı, şəxsi körpü və qayıq üçün yanalma yeri əldə edəcək.

Əmlakın qiyməti 1,2–1,4 milyon avro arasında qiymətləndirilir. "Time Out"un müəllifləri bildirirlər ki, Komo gölünün sahilində yerləşməsi və məşhur film məkanı statusunu nəzərə aldıqda, bu qiymət kifayət qədər münasib hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->