İspaniyadan olan Meri Kaldass bildirib ki, onu və sevgilisi Alehandro Sidi Puerto-Riko istiqamətindəki reysə buraxmayıblar. Buna səbəb kimi isə ChatGPT-nin onlara yanlış viza məlumatı verməsi göstərilib.
Qaynarinfo xəbər verir ki, bəbəri "Daily Mail” yayıb.
Kaldassın sözlərinə görə, səyahətə hazırlaşarkən o, süni intellektdən Karib adasına giriş üçün viza tələb olunub-olunmadığını soruşub. ChatGPT-nin cavabı mənfi olub və o, məlumatı rəsmi mənbələrdən yoxlamağa ehtiyac duymayıb.
Hadisədən sonra sevgilisi onu sakitləşdirməyə çalışıb, Kaldass isə yarızarafat deyib ki, bəlkə də süni intellekt ona keçmişdəki sözlərinə görə "qisas” alıb.
Sosial şəbəkə izləyiciləri isə məsələyə fərqli yanaşıblar: bəziləri cütlüyü beynəlxalq səfər məsələlərində süni intellektə güvəndikləri üçün tənqid edib, digərləri isə ehtimal ediblər ki, ChatGPT düzgün cavab verib, sadəcə istifadəçilər sualı yanlış şəkildə qoyublar.
Aydın
Şərhlər