Xəbər lenti

Azərbaycanın 3x3 basketbol millisi İslamiadanın qalibi oldu (FOTO)
Foto 21:52 19.11.2025

Azərbaycanın 3x3 basketbol millisi İslamiadanın qalibi oldu (FOTO)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qaynarinfo xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.

Qeyd edək ki, yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->