Xəbər lenti

Qarşıdurma bitdi:
Texnologiya 18:57 19.11.2025

Qarşıdurma bitdi: "Unity" və "Unreal Engine" tərtibatçıları əməkdaşlıq elan etdi

Barselonada keçirilən "Unite 2025" konfransında "Unity" şirkəti "Epic Games"in rəhbəri Tim Suiniyə səhnədə qoşulub və tərəflər birlikdə əməkdaşlıq haqqında məlumat veriblər. Bu əməkdaşlıq ən populyar iki oyun mühərrikini - "Unity" və "Unreal Engine"i bir araya gətirir.

Qaynarinfo xəbər verir ki, Suininin sözlərinə görə, o, "Unity" şirkətinin baş direktoru Metyu Bromberqlə açıq rəqəmsal platformaların inkişafı kimi ortaq məqsədləri müzakirə edib. İlk addım "Unreal Engine" daxilində "Unity"nin oyun­daxili alışlar üçün yeni SDK paketinin istifadəyə verilməsi olacaq.

Bu API vasitəsilə tərtibatçılar kross-platforma tranzaksiyaları həyata keçirə biləcəklər. Bu xüsusilə "Epic"in "Google" və "Apple" ilə məhkəmə çəkişmələrindən sonra aktuallaşıb.

Əsas məqam isə ondan ibarətdir ki, "Fortnite" artıq "Unity" mühərriki ilə hazırlanmış oyunlara da açıq olacaq. Hazırda "Fortnite" daxilində sərf olunan oyun vaxtının 40 faizi üçüncü tərəf tərtibatçılarının layihələrinin payına düşür və bu müəlliflər həmin ekosistem daxilində hər il yüz milyonlarla dollar qazanırlar.

Suini qeyd edib ki, "Unity"nin yeni şəbəkə texnologiyası sayəsində – hansı ki xüsusi protokol vasitəsilə xarici mühərrikləri qoşmağa imkan verir – "Unity" üzərində işləyən tərtibatçılar oyunlarını birbaşa "Fortnite" daxilində dərc edə biləcəklər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->