ABŞ Rusiyanın əsas sualtı kabelləri yaxınlığında artan hərbi fəaliyyətini aşkar edib və hesab edir ki, Rusiya Federasiyası indi dünyanın kommunikasiya infrastrukturunun kritik hissəsini sıradan çıxarmaq üçün təxribat planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN iki amerikalı məmura istinadən məlumat yayıb.
Onlardan birinə görə, Moskva suüstü gəmilər, sualtı qayıqlar və dəniz PUA-larından ibarət donanmanın yerləşdirilməsinə cavabdeh olan xüsusi hərbi hissənin yaradılmasına daha çox diqqət yetirməyə başlayıb. Kanalın mənbəsi iddia edir ki, söhbət Rusiya Müdafiə Nazirliyinin Dərin Dənizlərin Tədqiqi Baş İdarəsindən gedir.
"Birləşmiş Ştatlar mütəmadi olaraq kritik dəniz infrastrukturu və sualtı kabellərin yaxınlığında, çox vaxt Rusiya sahillərindən uzaqda patrul edən Rusiya gəmilərini izləyir", deyə məmur bildirib.
Rəsmi Rusiya Hərbi Dəniz Qüvvələrinin dünya üzrə artan fəallığından narahatlığını ifadə edib və ABŞ-ın sualtı infrastruktura qarşı hər hansı təxribatı Rusiyanın Ukraynadan kənarda təcavüzünün əhəmiyyətli dərəcədə artması kimi qiymətləndirəcəyini vurğulayıb.
May ayında "Financial Times" Avropa kəşfiyyat mənbələrinə istinadən Rusiyanın Avropada mümkün təxribat aktlarına, o cümlədən partlayışlar, yanğınlar və infrastrukturun zədələnməsinə hazırlığından yazmışdı.
Aydın
Şərhlər