Xəbər lenti

Ölkə 17:07 28.02.2023

Daha bir aparıcı "Space"dən getdi (FOTO)

"Space" TV-dən ayrılan daha bir şəxs sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli olub.

Qaynarinfo olay-a istinadən xəbər verir ki, E.Əlibəyli bir neçə həftə öncə kanaldan ayrılıb. Onun "Elin sözü" layihəsinin yayımı da dayandırılıb.

Qeyd edək ki, proqram bundan sonra "Elə çarə" adıyla Kanal S-də efirə gedəcək.

Onu da bildirək ki, ötən günlərdə kanalın yeni rəhbəri vəzifəsi Vado Karovinə tapşırılıb. Onun gəlişindən sonra aparıcı Turan İbrahimov da televiziyanın format dəyişdirməsi səbəbilə kanaldan ayrılıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->