Xəbər lenti

Daha bir Premyer Liqası təmsilçisinin xalları silindi
İdman 10:20 19.03.2024

Daha bir Premyer Liqası təmsilçisinin xalları silindi

İngiltərə Premyer Liqa komandalarından olan "Nottingem Forest”in dörd xalı silinib. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb klubun maliyyə feyr-pleyi qaydalarını pozması olub. Bu cəzanın bitməsinə doqquz həftə qalmış aşağı liqaya düşmə zonasında olan klubun qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.

İngiltərədə PSR-in (Profit and Sustainability Rules) qaydalarına əsasən, komandaların üç il ərzində maksimum 105 milyon funt sterlinq itirməsinə icazə verilir. Bununla belə, üç illik maliyyə dövründən ikisini Çempionşipdə keçirən "Nottingem Forest”in Premyer Liqadakı ilk mövsümündə 61 milyon funt-sterlinq itirməsinə icazə verilmişdi.

Yüksək maaş siyasəti, 2022-ci ilin mayında Premyer Liqada oynamaq hüququ qazandıqdan bəri 43 oyunçu üçün təxminən 250 milyon funt-sterlinq xərcləməsi "qırmızı-ağ”ların xalllarının silinməsində mühüm rol oynayıb.

Premyer Liqada cari mövsümdə maliyyə qaydalarını pozduğuna görə "Everton" da 10 xal cərimələnib, lakin apellyasiya şikayətindən sonra cəza 6 xala endirilib.

Hazırda 25 xalla Premyer Liqada 17-ci pillədə qərarlaşan İngiltərə klubunun xallarının sayı cəzanın rəsmiləşməsindən sonra 21-ə enib. Nəticədə komanda 18-ci pilləyə geriləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->