Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində maliyyə yoxlaması aparılır.
Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, qurumun 12 illik dövrü yoxlanılır.
Belə ki, sözügedən yoxlama Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da vəzifədə olduğu dövrə təsadüf edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Bəxtiyar Əsgərov daimi nümayəndəliyin rəhbəri vəzifəsindən azad edilib.
O, Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyinə 2014-cü ilin fevralından 2026-cı ilin sentyabr ayına qədər rəhbərlik edib. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.
Şərhlər