Azərbaycan Kubokunda 1/4 finala yüksələn daha iki komanda bəlli olub.
Qaynarinfo xəbər verir ki, 1/8 finalda "Baku Sportinq"ə 1:0 hesabı ilə qalib gələn "Şamaxı" növbəti raunda adlayıb. Bölgə təmsilçisi yarımfinala gedən yolda "Qarabağ" - "Karvan-Yevlax" duelinin güclüsü ilə qarşılaşacaq.
"Sabah" isə 1/8 finalda "İmişli"yə 2:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb. Paytaxt təmsilçisi 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Ötən gün "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib.
Şərhlər