Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə bu gün A qrupunda 1, B qrupunda isə iki oyun baş tutacaq. Əvvəlcə B qrupunda İngiltərə və İranqarşılaşacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
A qrupunun digər görüşünüdə Niderland Seneqalla üz-üzə gələcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Günün son matçında ABŞ Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
B qrupunun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
DÇ-2022
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland
Baş hakim: Uilton Sampayo (Braziliya)
"Al-Tumama" stadionu
Ekvador - 3, Niderland - 0, Seneqal - 0, Qətər - 0
B qrupu
17:00. İngiltərə - İran
Baş hakim: Rafael Klaus (Braziliya)
"Xəlifə" stadionu
23:00. ABŞ - Uels
Baş hakim: Əbdülrəhman Əl-Casim
"Əhməd ibn Əli" stadionu
Şərhlər