XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Formula 2: Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı (YENİLƏNİB)
İdman11:04 24.09.2026

Formula 2: Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı (YENİLƏNİB)

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

Qaynarinfo xəbər verir ki, "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.

"Rodin Motorsport"dan Aleks Dann ikinci, "Campos Racing"dən Nikola Tsolov üçüncü olub.

10.07

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.

Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.

Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.