XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

DÇ-2026: Türkiyə mundiala məğlubiyyətlə başladı
İdman09:58 14.06.2026

DÇ-2026: Türkiyə mundiala məğlubiyyətlə başladı

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.
Qaynarinfo xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.
Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.
Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.