Xəbər lenti

Deputat: Büdcə milli prioritetlərə cavab verir
Ekonomiks 12:25 21.11.2025

Deputat: Büdcə milli prioritetlərə cavab verir

"Müzakirəmizə təqdim olunan dövlətimizin əsas maliyə sənədi ölkəmizin milli prioritetlərini, sosial-iqtisadi siyasət hədəflərini və qüvvədə olan məqsədli proqramlarını nəzərə alinmaqla peşakarcasına hazırlanıb".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Hüseynova müzakirə olunan növbəti ilin büdcəsi ilə bağlı deyib:

"Dünyada gedən gərgin proseslər, geosiyasi münaqişələr, qlobal igtisadiyyatda qeyri-müəyyənliyin və mürəkəbliyin yüksəlməsi fonunda büdcə gəlirləri və xərclərinin artması tendensiyası davam olunur. Layihədə hökümətin əsas prioritetləri ölkənin müdafiə qabilliyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərgi Zənqəzur iqtisadi rayonların bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması tədbirlərinin davamlı dəstəklənməsini nəzərdə tutulur".

Deputat, təmsil etdiyi Gədəbəy rayonunun strateji mövqeyinin Ermənistanla 123 km sərhəddinin nəzərə alaraq əhalinin narahat edən müəyyən məsələləri qeyd etdi:

"Gədəbəy rayonu dağlıq ərazidə yerləşir, iqlimi sərtdir. İlin 7 ayı istilikdən istifadə olunur. Buna görə də rayonun kəndlərinin tam şəkildə qazlaşdırılması vacibdir. Hökümətdən qaz və elektrik təchizatında mövcud olan çətinliklərin aradan qaldırılmasına, bu istiqamətdə işlərin sürətləndirilməsinə dəstək verilməsini xahiş edirəm".

Sevinc Hüseynova daha bir ciddi məsələni diqqətə çatdırıb:

"Bildiyiniz kimi, Gədəbəy rayonu tarixən içməli süfrə və müalicəvi suları ilə tanınıb. Lakin son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq həmin bulaqlardan bəzilərı quruyub, bəzilərində isə kəskin su azalması müşahidə olunmaqdadır. Dağ çaylarında da suların azalması müşahidə olunur. Digər tərəfdən, içməli suyun əvəzsiz təbii mənbəyi olan dağ çaylarının əraziləri, yerli strukturların göstərdiyi səylərə rəğmən, regionların sürətli inkişafının əks təsiri olaraq çirkab su və digər tullantıların qalıqlarına məruz qalır. Göründüyü kimi, içməli su ehtiyatlarının qorunması və vətəndaşların içməli suya olan tələbatının ödənilməsi üçün kompleks yanaşma tələb olunur. Buna görə də region səviyəsində məişət tullantılarının toplanması, çeşidlənməsi və utilizasiyası ilə məşğul olacaq müəsisənin yaradılması və kəndlərdə mərkəzləşmiş su təchizatının təşkilini məsələlərini nəzərdən keçirilməsinin təklif edirəm".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->