"Xərclər maddələri üzrə əsas dəyişikliklərdən biri əksər xərc maddələri üzrə proqnoza nisbətən daha az vəsaitin xərclənməsidir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputata Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ötən il təhsil xərcləri 5.7 faiz, elm xərcləri 13.2 faiz, səhiyyə xərcləri 4.2 faiz, kənd təsərrüfatı xərcləri 3.1 faiz az ayrılıb:
"Büdcə icrası ilə bağlı hesabatda proqnoza nisbətən az xərcləmənin səbəbi hər bir sektor üzrə sifarişlər ilə əlaqələndirilib. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən xərclərin səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər təqdirəlayiqdir və dəstəklənməlidir. Bununla yanaşı, növbəti büdcə proqnozlarında sifarişlərin öncədən daha konkret nəzərə alınması da vacib olaraq qalmaqdadır".
Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə işğaldan azad olunan ərazilərimizə 4 milyard 454 milyon manat vəsait ayrılıb:
"Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı işğaldan azad olunan ərazilərimizdə müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını bildirdi. Dövlət başçımız əlavə etdi ki, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir".
Vüqar
Şərhlər