Xəbər lenti

Deputat: Son 2 ildə Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaradılıb
Ekonomiks 11:41 10.02.2026

Deputat: Son 2 ildə Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaradılıb

Sonuncu növbədənkənar Prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb.

Qaynarinfo xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçrilən iclasında deyib:
 
Deputat bildirib ki, Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi Azərbaycanda sosial təminat tədbirlərinin daha dərinləşməsi və əhalinin sosial rifahının daha yüksəlməsi üçün yeni sosial paketin reallaşması həyata keçirilib:

"Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq "orta güc" dövlətinə çevrilərək regional düzəni müəyyənləşdirən əsas ölkələrdəndir. Son seçki yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənməsi də müşahidə edilir".
 
"Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb. Bütövlükdə isə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir", deyə deputat vurğulayıb.
 
Qafqaz Rafiqoğlu
--> -->