Xəbər lenti

Dərmanların ekspertiza qiymətləri azaldıldı - Ucuzlaşma olacaq? (VİDEO)
Video 23:07 06.12.2023

Dərmanların ekspertiza qiymətləri azaldıldı - Ucuzlaşma olacaq? (VİDEO)

Tarif Şurası tərəfindən dərmanların sadələşdirilmiş ekspertiza tarifləri ilə bağlı dəyişilik edilib.

Xezerxeber.az-ın məlumatına görə, tariflər 20-29 faiz azaldılıb.

İstehlak Bazarı üzrə ekspert Eyyub Kərimli bildirib ki, yeni qərar dərman şirkətlərinin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq. Onun sözlərinə görə, idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə rəqabətliliyi artıracaq.

Qeyd edək ki, Tarif Şurası tərəfindən həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb. Yeni qərar iki gün sonra qüvvəyə minəcək.

Bəs yeni qaydalar dərman bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->