Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.
Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub. Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb.
Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apelliyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Bu olayı "istehsalatda bədbəxt hadisə" kimi təqdim etmək və onun tərəfindən hadisənin gizlədilməsini iddia etmək tamamilə əsassızdır.
Lakin institut direktorunun şikayəti təmin edilməyib.
Əhməd
Şərhlər