Xəbər lenti

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başladı
Ölkə 11:36 26.05.2025

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başladı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb.

Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır:

"Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir".

Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->