Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında "2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
Qaynarinfo xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası gəlirlər 37 161 838,6 min manat, xərclər 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilib..
İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.
Qafqaz Rafiqoğlu
Şərhlər