Dövlət Sosial Müdafiə Fondu (DSMF) fiziki şəxs Ramin Əhəd oğlu Rzayevlə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, DSMF sahibkardan ofis icarəyə götürməyə hazırlaşır.
Bağlanacaq müqavilənin maliyyə dəyəri 225 720 manat təşkil edir.
DSMF bu məbləğə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı sahəsi 2000 kv.metr olan ofis icarəyə götürəcək. İcarə müddəti barəsində açıq mənbələrdə məlumat yoxdur.
Ramin Rzayev sahibkar kimi təqdim edilsə də, onun barəsində hər hansı məlumata rast gəlinmir.
Seyid
Şərhlər