Xəbər lenti

Dünya istilərlə mübarizə aparır, Yeni Zellandiyada qar yağır - Məktəblər bağlandı
Dünya 15:51 04.08.2026

Dünya istilərlə mübarizə aparır, Yeni Zellandiyada qar yağır - Məktəblər bağlandı

Dünyanın bir çox bölgəsində rekord istilər müşahidə olunduğu bir vaxtda, Yeni Zellandiyada Antarktidadan gələn soyuq hava axını dəniz səviyyəsinədək qar yağmasına səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV-lərə istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Antarktidadan gələn soyuq hava kütləsinin təsiri xüsusilə Cənub adasının şərq bölgələrində hiss olunur və qar dəniz səviyyəsinədək yağıb.

Meteorologiya xidmətinin nümayəndələri bildiriblər ki, həftənin ortalarınadək soyuq hava dalğasının daha da güclənəcəyi gözlənilir.

Qar yağması səbəbindən Dunedin şəhərindəki bütün ibtidai və orta məktəblərdə, eləcə də ətraf rayonlardakı bəzi təhsil müəssisələrində dərslər dayandırılıb. Çoxsaylı uşaq bağçaları və məktəbəqədər təhsil mərkəzləri də fəaliyyətini müvəqqəti dayandırıb.

Əlverişsiz hava şəraiti nəqliyyatın fəaliyyətinə də təsir göstərib. Polis Dunedində buzlanma səbəbindən 20-dən çox yol-nəqliyyat hadisəsinin qeydə alındığını açıqlayıb.

Şəhərdə bütün avtobus reysləri ləğv edilib, qar və buzlanma səbəbindən bəzi avtomobil yolları isə müvəqqəti olaraq bağlanıb.

Soyuq hava dalğası paytaxt Vellinqtona da çatıb. Şəhərin mərkəzində və bəzi ətraf ərazilərdə sulu qar və yüngül qar yağışı müşahidə olunub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->